Cümə axşamı , Dekabr 2 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təbrik mesajı

GADTB: 9 Noyabr Azərbaycanın dövlət bayrağının yarandığı gündür. Quzeyli-güneyli Bütöv Azərbaycanın simvoluna çevrilən üç rəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan müstəqilliyini bərpa etməklə 5 fevral 1991-ci ildə yenidən həmin 3 rəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu və digər Cümhuriyyət qurucularının yaratdığı Azərbaycan bayrağı, min illər boyu böyük imperatorluqlar quran Azərbaycan Türk Millətinin müasir dövrdə kimliyinin simvoluna çevrilmişdir. 3 rəngli Azərbaycan bayrağı həm də Azərbaycanın türklüyü və bütövlüyünün ilham qaynağına çevrilmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına, o cümlədən həmin cümhuriyyətin yaratdığı 3 rəngli Azərbaycan bayrağını öz sayğısını ifadə edərək, 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə quzeyli-güneyli Azərbaycan Türk Millətini, Azərbaycan dövlətini və Türk Dünyasını təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …