
GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövlətçiliyinə və milli birliyə sarsılmaz dəstəyini bildirmək barədə bəayanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) olaraq biz Azərbaycan Respublikasının dövlətçiliyinə, milli maraqlarına, xalqımızın birliyinə və 55 milyonluq Azərbaycan xalqının fatehi Ali Baş Komandan Prezidenti cənab İlham Əliyevə dərin sədaqətimizi bir daha bəyan edirik.
Azərbaycan bu gün öz inkişaf yolunda böyük nailiyyətlər qazanmış, regionda sabitliyin və tərəqqinin dayağına çevrilmişdir. Biz Güney Azərbaycan türkləri olaraq, bu uğurları qürurla izləyir və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətçiliyimizin sabitliyinin qorunmasını hər bir azərbaycanlının müqəddəs borcu hesab edirik.
Biz Azərbaycan dövlətinə, Prezidentimizə və xalqın maraqlarına qarşı yönələn hər cür təxribat və ya xəyanət cəhdlərini qəti şəkildə pisləyirik. Belə halların ədalətli, şəffaf və qanuni şəkildə araşdırılmasını, dövlətçiliyə zərər vuran hər bir addımın hüquqi qiymətini almasını zəruri sayırıq.
GADTB inanır ki, yalnız milli birliyimizi və dövlətə sədaqətimizi qorumaqla biz daha güclü, daha ədalətli və firavan Azərbaycanı birlikdə qura bilərik.
Bu gün hər bir soydaşımızı milli həmrəyliyə, vətənpərvərliyə və dövlətimizin gələcəyi uğrunda birliyə çağırırıq. Azərbaycan xalqının iradəsi, gücü və birliyi qarşısında heç bir təxribat və ya düşmən qüvvə dayana bilməz.
Yaşasın Azərbaycan! Yaşasın dövlətçiliyimiz və milli birliyimiz!
Guney Azərbaycan Demokratik Turk Birliyi ( GADTB ) Mərkezi şurasi
Info@gadtb.com
azerbaijanylar@hotmail.com
www.gadtb.com

GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi