
GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İranın fars molla rejiminin Azərbaycan Respublikasına qarşı terror hücumunu pisləməklə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
İranın terrorçu fars rejiminin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi terror hücumunu qətiyyətlə pisləyirik.
Məlum olduğu kimi, İranın fars terrorçu rejimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına dörd pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirmişdir. Bu hücum nəticəsində PUA-lar Naxçıvan hava limanı ətrafına düşmüş, infrastruktura xəsarət yetirmiş və bir neçə mülki şəxs yaralanmışdır.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) olaraq bu çirkin və təxribatçı hücumu qətiyyətlə pisləyir və İranın terrorçu molla rejimini şiddətlə məhkum edirik. Bu hücum bir daha göstərir ki, İranın fars irticaçı rejimi bölgədə sabitliyi pozmaq və gərginliyi artırmaq siyasətindən əl çəkmir.
Ümid edirik ki, bu hadisələr İran daxilində yaşayan xalqların, xüsusilə Güney Azərbaycan türklərinin, bu işğalçı və repressiv rejimdən azad olması ilə nəticələnəcək. Güney Azərbaycanın azadlığı və parçalanmış torpaqlarımızın birləşməsi regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.
Bir daha xatırladırıq ki, İranın fars irticaçı və terrorçu rejimi öz iflasa uğramış hakimiyyətini qorumaq üçün bölgəni genişmiqyaslı müharibəyə sürükləməkdən çəkinmir. Bu rejimin məqsədi regionda böyük, hətta beynəlxalq bir münaqişə yaradaraq öz zəifləyən hakimiyyətini qorumaqdır.
Biz açıq şəkildə bəyan edirik ki, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) olaraq hər zaman Azərbaycan Respublikasının yanındayıq. Azərbaycan Respublikasına qarşı edilən hər hansı hücum bütün dünya azərbaycanlılarına, o cümlədən 55 milyonluq böyük Azərbaycan xalqına və Güney Azərbaycana qarşı yönəlmiş bir hücumdur.
Azərbaycan Respublikası uzun illərdir ki, İranla münasibətlərində qonşuluq prinsiplərinə, qarşılıqlı hörmətə və beynəlxalq hüquqa sadiq qalıb. Lakin İran rejimi bu münasibətlərdən sui-istifadə edərək Azərbaycanı təxribatlarla qarşıdurmaya çəkməyə çalışır.
Bir daha bəyan edirik ki, İranın faşist və terrorçu rejiminin bu addımı region üçün ciddi təhlükə yaradır və bu siyasət nəticədə rejimin özünü daha böyük böhran və təhlükələrlə üz-üzə qoyacaq.
Güney Azərbaycan türkləri bu cür təhdidlər qarşısında susmayacaq və terrorçu molla rejiminə qarşı mübarizəsini davam etdirəcək.
Həmçinin Ana yurdumuz Azərbaycan və ata yurdumuz Türkiyənin hər zaman yanında olduğumuzu bir daha vurğulayırıq.
Hörmətlə,
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi