Şənbə , May 15 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 24 Aprel uydurma erməni soyqırımı günü ilə bağlı bildirişi

GADTB: Osmanlıların hakimiyyəti döründə Balkan bölgəsindən türklərin himayəsinə sığınan ermənilər sonrakı yüzilliklərdə nankorluq edərək, Osmanlı dövlətini məhv etməyi qərara alan Qərb ölkələri və Rusiyanın əlində türklərə qarşı alətə çevrilmişlər. Qərb dünyası və Rusiyanın təhriki ilə türkün qanına susamış ermənilər himayəsində yaşadığı Osmanlıya xəyanət etmiş və Osmanlıya hücuma keçmiş Qərb dövlətləri və Rusiyanın qarşısında arxadan öldürücü zərbələr endirmişdir. Bunun nəticəsində yüzminlərlə türk şəhid edilmişdir.

Osmanlı dövləti cəbhə bölgəsi ərazilərində yaşayan və təcavüzkar düşmənə  satılaraq, türklərə xəyanət edən erməniləri daha təhlükəsiz bölgələrə köçürməyə qərar qəbul etdi. Bu həm erməniləri müharibədə tələf olmaqdan qorumaq, həm də onların xəyanəti nəticəsində türk ordusunun yenilməsinin qarşısını almaq məqsədi daşıyırdı. Lakin Osmanlını məhv etməyi qarşıya məqsəd qoyan Qərb dünyası və Rusiyaya bu məsələ sərf etmədiyi üçün onlar əlaltılarına çevirdikləri ermənilərin Osmanlı tərəfindən qətliam edildiyini təbliğ etməyə başladılar. Maraqlıdır ki, hələ 1915-ci ildə ermənilərin köçürülmə planı icra edilməmişdən aylar öncə bu yalan iddia ilə ermənilərin qətlim edilməsi təbliğ edilməyə başlanmışdır.

Ermənilərin yalan erməni soyqırımının heç vaxt baş vermədiyi üçün bu gün ermənilər və Qərblə Rusiya Türkiyənin arxivləri açıb bitərəf tədqiqatçıların soyqırım məsələsini tədqiq etmələri və nəticənin hər tərəf üçün qəbul edilməli olduğuna dair çağırışını cavabsız qoyurlar. Çünki, onlar özləri də yaxşı bilirlər ki, reallıqda türklər yox, ermənilər türklərə qarşı soyqırım törədib. Kimsəyə sir deyil ki, saxta erməni soyqırımı iddiası türkə qarşı Rusiya, Qərb və türk düşmənlərinin namərdcəsinə basqı və təzyiq vasitəsidir.

Əslində Qərb və Rusiya Azərbaycan və Türkiyə ərazisində türkə qarşı ”Böyük Ermənistan” dövləti yaratmaq məqsədilə türk ərazisinə köçüb gəlmiş və türkün himayəsində yaşayan az sayda ermənini türkə qarşı təhrik edib dəhşətli türk soyqırımlarına səbəb olmuşlar. Son iki əsrə yaxın bir dövrdə Quzey və Güney Azərbaycan, eləcə də Şərqi Anadoluda sayı milyonu aşan türk ermənilər tərəfindən soyqırım nəticəsində vəhşicəsinə qətliam edilmişdir.

Bu gün Qərb və Rusiya ilə yanaşı İranın molla rejimi kimi antiislam və antibəşər rejimi də əli molyondan çox müsəlman türkün qanına batmış erməniləri türkə qarşı etirazlara təşkilatlandırır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bütün Türk Dünyasına, özəlliklə Azərbaycan türk millətinə səslənərək bütün dünyadan türkə qarşı bu uydurma erməni soyqırımını ifşa edib, bu ədalətsizliyin qarşısını almağa çağırır. Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …