Cümə axşamı , Aprel 15 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü ilə bağlı bildirişi

GADTB: Rusların ayağının bölgəyə açıldığı dövrdən bu yana Azərbaycan türk millətinin fəlakət və faciələri başlmışdır. Onlarla birgə Qərbin bəzi ölkələrinin dağınıq şəkildə türk ərazilərinə köçmüş erməniləri təşkilatlandırması millətimizə qarşı dəhşətli soyqırımların törədilməsinə yol açmışdır. Xüsusilə son iki əsrdən artıq bir müddətdə tarixi Azərbaycan ərazisi və Şərqi Anadoluda türk millətinə qarşı məqsədli şəkildə soyqırımlar törətməkdədirlər. Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı dəhşətli soyqırımlar törədildi.

1905-1907-ci illərdə ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımın birinci mərhələsindən sonra ermənilər I Dünya müharibəsi illəri, xüsusilə 1918-ci ildə Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoydular. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Təkcə Güney Azərbaycanda 200 min nəfər Azərbaycan türkü ermənilərin törətdiyi soyqırım nəticəsində məhv edildi.  Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir. Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alaraq, Türk dövlətləri və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …