Bazar , Sentyabr 19 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Ana Dili məhbusları ilə bağlı bildirişi

GADTB: İrqçi və müstəmləkəçi İran rejiminin Azərbaycan Türk Millətinin hər bir cərəyana mənsub olan bütün fəallarına qarşı repressiya, həbs və işgəncələri davam edir. Müstəmləkəçi rejim hətta rejimin qanunları çərçivəsində icazə verdiyi ana dili uğrunda cüzi mədəni fəaliyyətlər də ağır cəzalarla nəticələnir. Dünya səviyyəsində qeyd olunan Beynəlxalq Ana Dili Gününü qeyd etmək İran rejimi tərəfindən Azərbaycan türkü üçün ağır cinayət kimi cəzalandırılır.

Azərbaycanlı ziyalı Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmin Mənafi Nadarlı sırf dünya səviyyəsində qeyd olunan Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikərinə görə cinayətkar İran rejimi tərəfindən cəzalandırılmışdır.

Bu gün Azərbaycanın müstəmləkənin caynağından birdəfəlik qurtarmasını istəyən istiqlalçılar kimi, sırf milli-mədəni hüquqlar uğrunda fəaliyyət göstərən Azərbaycan türkü də cinayətkar və müstəmləkəçi İran rejiminin zülmünə məruz qalır. Ona görə də hansı cərəyana mənsub olmasından asılı olmayaraq bütün Azərbaycan insanı bu gün zülm altında yaşamaq məcburiyyətindədir və hamısının himayə və dəstəyə ehtiyacı vardır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) azərbaycanlı ziyalı Əkbər Azadın, eləcə də onunla birlikdə həbs edilmiş və ya hazırda sürgün edilmiş fəallara verilən cəzaları pisləyir. Sadə Azərbaycan türkündən tutmuş, zülmə məruz qalan istiqlalçı, muxtariyyətçi və federalistin də hüququnu müdafiə etməyi özümüzə borc bilirik. Zülmə məruz qalan bütün Azərbaycan Türk Millətinin hüququnu müdafiə etmək Azərbaycan Milli Hərəkatının əsas məqsədlərindən olmalıdır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …