Şənbə , Sentyabr 7 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Bəluçistanda Səravan hadisəsi ilə bağlı bildirişi

GADTB: Bəluçlar öz doğma yurdlarında bir daha işğalçı İran rejimi tərəfindən qanına qəltan edildi. Onlarla günahsız bəluç İran rejiminin dağıdıcı və müstəmləkə siyasəti nəticəsində ən ağır şəraitdə ailələrinin məişət xərcini qazanmaq istəyərkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən gülləboran edilmişlər. Bu isə haqlı olaraq bəluçların etirazı və ayaqlanması ilə qarşılaşmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) işğalçı İran rejiminin zülmündən ayağa qalxıb öz milli və sinfi haqlarını tələb edən bütün məzlum qeyri-fars xalqların yanındadır. Bu istiqamətdə GADTB bəluç xalqının da bu haqlı mücadiləsi və mübarizəsini dəstəkləyir.

İşğalçı İran rejimi quldur və irticaçı rejim olaraq bütün milli və ictimai istəkləri güllə ilə basdırır. Sözsüz ki, bu müstəmləkəçi, şovinist və işğalçı dövlətin bütün strukturları və özü məhv olmayana kimi belə qanlı hadisələr hər zaman baş verəcək. Rejimin belə qanlı hadisələri bir gün ərəblərə, bir gün Azərbaycan türklərinə, bir gün türkmənlərə, bir gün bəluçlara və başqa xalqlara qarşı davam edəcək. İşğalçı İran rejimi ümumiyyətlə bütün qeyri-fars xalqlarının və ümumiyyətlə bəşəriyyətin düşmənidir. GADTB bəluç xalqının da son bu haqlı mücadiləsi və mübarizəsini dəstəkləməklə yanaşı işğalçı fars-molla rejiminin bir dəfəlik məhvi üçün məzlum millətlərin azadlıq mübarizəsinin intensivləşməsini təkcə düzgün yol hesab edir.

Əjdər Tağızadı

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ukrayna Irana Rusiyaya raketlər verməsi barədə xəbərdarlıq etdi

GADTB: Rəsmi Tehrana xəbərdarlıq edirik ki, İranın ballistik raketləri Rusiya Federasiyasına ötürməsi faktı təsdiqlənərsə, bu, …

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …