Şənbə , Fevral 27 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkmənçay müqaviləsilə Azərbaycanın ikiyə bölünməsi münasibətilə bildirişi

GADTB: XIX əsr Rusiyanın Azərbaycana hücumu və işğalçılıq siyasəti Azərbaycan Türk Millətinin faciələrinin başlanğıcı olmuşdur. Həmin dövrdə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməyə çalışan Rusiya imperyası ilə bölgəni işğaldan qorumağa çalışan Qacarlar arasında uzunsürən müharibələr dövrü başlandı. Əslində həmin dövrdə Rusiyaya qarşı mübarizə aparan Abbas Mirzənin rəhbərlik etdiyi Azərbaycan olmuşdur.

Hələ Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilən Azərbaycan valisi Abbas Mirzə Azərbaycan torpaqlarını itirməmək üçün əlindən gələni etsə də, fars, erməni və xain ünsürlərin xiyanəti nəticəsində Rusiya imperiyasına yenildi. İlk öncə Gülüstan müqaviləsilə, daha sonra isə 10 fevral 1828-ci ildə müharibənin II dövrünün başa çatması ilə nəticlənən Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölündü. Azərbaycanın quzeyi (Quzey Azərbaycan) Rusiya işğalı altına keçdi, güneyi (Güney Azərbaycan) isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarəsi altında qaldı.

Parçalanmış Azərbaycan ərazisi Azərbaycan Türk Millətinə parçalanmış millət taleyi yaşatdı. Rus işğalları ilə Azərbaycanın böyük faciələri başladı. Türkmənçay müqaviləsinin XV maddəsinə əsaslanan Rusiya işğal olunmuş Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq bölgələrinə, eləcə də keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə kütləvi surətdə erməniləri köçürdü. Həmin dövrdən Azərbaycan ərazilərində Azərbaycan türk millətinə qarşı soyqırımlar, fəlakətlər dövrü başladı. Azərbaycan torpaqları hesabına rusun əlilə erməni dövləti yaradıldı. Bu fəlakətin başlıca səbəbkarı ruslar olmuşdur və bu gün də Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinə yenə də Rusiya və İran mane olmağa çalışır.

Rusiyanın Azərbaycanın quzey hissəsini işğal etməsindən sonra Azərbaycan-türk dövləti olan Qacarlara qarşı Rusiyanın və Qərb imperyalistlərinin fitnəkarlığı davam etdi və nəhayət onların köməyi ilə Rza xan çevriliş etdi və Azərbaycanın güneyi də fars əsarətinə salındı. Artıq Azərbaycan və Azərbaycan Türk Milləti parçalanmış ölkə və parçalanmış millət kimi günümüzdə bu faciəni yaşamaqdadır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu faciənin sona çatmasının təkcə yolunun Güney Azərbaycanın müstəqilliyində olduğuna təkid edir. Yalnız Güney Azərbaycanın müstəqilliyini əldə etməsi və Bütöv Azərbaycanın yaranması ilə tarixi ədalət bərqərar olar.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Hollandiya parlamenti Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğur türklərinə qarşı …

Türk dünyasının mənəvi mərkəzi Türküstan Ümumdünya İrsi Şəhərləri Təşkilatına üzv oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk dünyasının mənəvi mərkəzi – Qazaxıstanın Türküstan şəhəri …