Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımının ildönümü münasibətilə bildirişi

GADTB: Azərbaycan dövləti II Qarabağ müharibəsi və 1 günlük anti-terror tədbirləri ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa edərək Xocalını da azad etdi. Xocalı azad ediləndən bu yana ermənilərin 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə törətdiyi soyqırımın sübutları da bir-bir torpaq altından üzə çıxır. Əslində 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində yer üzündə törədilən ən dəhşətli soyqırımlardan biri elə dünyanın gözü qarşısında baş vermişdi. Ermənilər Rusiyanın köməyi ilə bu Azərbaycan şəhərini yer üzündən silib və əhalini soyqırıma məruz qoymuşlar. Ümumiyyətlə Azərbaycan Türk Millətinin son əsrlərdə başına gətirilən bütün bu faciələrin başında Rusiya dayanır. Rusiyanın bölgəmizə ayağının açıldığı gündən Azərbaycan Türk Millətinin başına gətirilən bəlalar və onlara qarşı törədilən soyqırımlar tükənmək bilmir. 1992-ci ilin fevral ayında da millətimizə qarşı törədilən Xocalı soyqırımı məhz Rusiyanın himayəsi ilə törədilmişdi. Fevralın 25-də erməni silahlı qoşunu SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş rusun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Ermənilər axşam çağından şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Hər tərəfdən mühasirə alınmış dinc əhali, uşaqlar, qadınlar, yaşlıların bir hissəsi ermənilərin atəşi nəticəsində qətliam edildi. Fevralın 26-ı səhər saat 5-də şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq şəhəri yerlə yeksan etmiş erməni qoşunu və rus motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdub, onları qəddarlıqla soyqırıma məruz qoymuşlar.

Bütün bunları törədən bir ovuc erməni terroristi ilə yanaşı Rusiyanın 366-cı alayı idi, rus əsgəri, rus ordusu idi. Sivillərlə dolu şəhəri top və raket atışları ilə məhv edən rus ordusu daha sonra işgəncə və qarət üçün erməni dəstələrini şəhərə buraxmışdı.

Azərbaycanın qədim Xocalı şəhərində törədilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca olmaqla 613 nəfər qəddarlıqla qətliam edildi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi, qarınlarını kəsib körpələrini belə öldürmüşlər. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.

Ermənilərin rusların maşası kimi Azərbaycan Türk Millətinə qarşı soyqırım siyasəti tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə iki yüz ildən bəri davam edir və 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə bu soyqırəm siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı soyqırımın qurbanı olmuşdur. 1918-ci ildə təkcə Güney Azərbaycanın qərb bölgəsində- Urmiya, Salmas və Xoy ərazilərində ermənilər rəsmi statistikaya görə 200 min Azərbaycan türkünü soyqırımla məhv etmişlər.

Bu gün də Ermənistan Fransanın, Qərbin, eləcə də İran və Hindistanın maddi və hərbi yardımları ilə yenidən Azərbaycan ərazilərini işğal edib soyqırım törətməyə həvəsləndirilir. Lakin artıq gücü Azərbaycan və Türkiyə Ordularını öz qarşılarında görə bilərlər. Ermənistanın yeni soyqırımlar törətməsinə mane olmaq üçün isə Azərbaycan Türk Millətinə qarşı törətdiyi soyqırımların da dünyada tanıdılması böyük əhəmiyyət kəsb edir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının mahiyyətini dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və …

İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülüb”

GADTB: Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçiridiyi mətbuat konfransında Azərbaycanın …