Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) yükmaşını sürücülərinin etırazına dəstək bildirişi

GADTB: İrqçi və işğalçı fars rejim Azərbaycan türk milləti və digər qeyri-fars millətlərlə yanaşı cəmiyyətin bütün siniflərinə zülm edir. İrticaçı fars-molla rejiminin irqçi və müstəmləkəçi siyasəti ilə yanaşı dünya səviyyəsində dağıdıcı siyasəti cəmiyyətin bütün siniflərini dözülməz iqtisadi çətinliklərlə üz-üzə qoymuşdur. Haqlı olaraq rejimin dayaqlarının laxlamağa doğru getdiyi bir vaxtda Güney Azərbaycanın yükmaşını sürücüləri ilə yanaşı başqa bölgələrin sürücüləri də tətillərə və etiraza başlayıb.

Bu etirazlarda bəhanə sosial problemlər, bahalıq, ehtiyat hissələrinin bahalaşması və əmək haqqının aşağı olması qeyd edilsə də, əslində cəmiyyətdə aparıcı qüvvə olan yükmaşını sürücülərinin etiraz və tətilləri fars-molla rejimini daha da zəiflətməkdə böyük əhəmiyyət daşıyır. Sırf bu əhəmiyyətə görə irticaçı rejim çoxsaylı sürücünü yaxalamış, onları ağır cəzalar və edamla hədələyir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın yükmaşını sürücüləri başda olmaqla digər bölgələrin yükmaşını sürücülərini bu haqlı etirazlara davam etməyə çağırıb və inanır ki, belə etirazlar irqçi və irticaçı fars-molla rejiminin laxlamış dayaqlarını daha da laxladacaq. Bu etiraz və tətillərin davam etdirilməsi müxtəlif xalqların rejimin büxovundan qurtarmasını daha tezləşdirəcək.

GADTB Güney Azərbaycanın yükmaşını sürücüləri başda olmaqla digər bölgələrin yükmaşını sürücülərinin etiraz və tətillərini yüksək qiymətləndirir və bu etiraz və tətilləri dəstəkləyir. Fars-molla rejimin bu haqlı etirazlara basqısı və sürücülərin həbsi, eləcə də hədələnməsini də kəskin şəkildə pisləyir. Eyni zamanda bu etirazların daha effektiv olması üçün bazar, mühüm sənaye sektoru və s. sahələrin işçilərinin də bu tətil və etirazlara qoşulasını zəruri hesab edir.

 

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın