Bazar ertəsi , Aprel 22 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin Yenigün-yaz bayramı münasibəti ilə təbrik mesajı

GADTB: Kökü türkün yaşam tərzindən qaynaqlanan və sonradan türk şahları tərəfindən hərfi tərcümə şəklində tacik dilinə tərcümə edilən Novruz bayramı hazırda fars kimi tanınan taciklərin tarixindən yüz illər öncə türkün tarixində Yengigün (Yenigün) bayramı şəklində mövcud olub və tarixə düşmüşdür. Hələ hun türklərinin bu bayramı keçirməsi barədə danılmaz tarixi faktlar var. Bu bayram bir neçə qitəyə yayılan bütün türklərin qədim zamanlardan təbiətin oyanması və yazın gəlişi ilə bağlı keçirdiyi bayramdır.

Erməni və farsın qədim tarixi və mədəniyyəti olmadığı üçün təhriflərə məcbur qalırlar. Lakin türklərdə hər hansı məsələ ilə bağlı təhrifə ehtiyac yoxdur. Yenigün bayramının qədimdən türklərin bayramı olması ilə bağlı da “Divani Lüğət-it-türk” kimi mötəbər əsərdə danılmaz faktlar mövcuddur. Belə ki, həmin əsərdə oğuzlu-qıbçaqlı bütün dünya türklərinin qeyd etdiyi bu milli bayram “Yengigün” (Yenigün) kimi qeyd edilmişdir. Yengigün bayramı daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün də bu şəkildə işlədilməkdədir. Yenigünün tərcümə forması olan Novruz böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra yayılmışdır.

Türk millətinin hələ on min il öncədən formalaşdırdığı Yenigün- yaz bayramı insanların ilkin həyat tərzi, əkinçilik və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd etməkdədirlər.

Güney Azərbaycan Demokratik Türk Birliyi Yenigün-yaz bayramı münasibəti ilə Güney Azərbaycan və Quzey Azərbaycanda Azərbaycan Türk Millətini, eləcə də Türk dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Səid Minayinin istintaq iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Evin Prokurorluğunun 5-ci istintaq şöbəsində azərbaycanlı fəal Səid …

Təbrizdə Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbriz şəhərində irqçi fars-molla rejiminin Güney Azərbaycana qarşı  …