Cümə axşamı , Aprel 24 2025
azfa

Güney Azərbaycan molla rejimin qadağan etsə də türkcə təqvimlər paylanılıb

GADTB: Güney Azərbaycan Milli Hərəkatının fəalları Novruz bayramı münasibətilə minlərlə türkcə təqvim çap edərək Ərdəbil şəhərinin hər yerində paylayıblar.

Türkcə hazırlanan təqvimlərdə “Yeni iliniz qutlu olsun” və “Bir kimsənin üç yüz ilə bəlli olar kimliyi bir adıdır, bir dilidir, birdə onun geydiyi” sözləri yazılıb.

Bu təqvimdə Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən, Urmiya, Təbriz, Zəncan, Ərdəbil, Həmədan, Qəzvin, Ərak, Ənzəli, Astara, Bicar, Sunqur, Qurvə, Xoy, Daş makı, Sulduz və Salmas və s. şəhərlərin rəmzləri təsvir olunub.

Həmin növ təqvimlər həmçinin Təbriz və başqa şəhərlərdə də əhali arasında paylanılıb.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …