Bazar ertəsi , Yanvar 20 2025
azfa

Güney Azərbaycan Mühəqqiq Ərdəbili Universitetində Azərbaycan türkcəsi təlimi ilə bağlı banner götürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Mühəqqiq Ərdəbili Universitetinin “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təliminin banneri gecə saatlarında əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb.

Məlumata görə, “Xətai” Mədəniyyət Mərkəzinin təlimi bir çox öyrəncinin diqqətini çəksə də, universitet rəhbərliyi seminarın keçirilməsinə qarşı çıxıb. Qeyd edək ki, universitet rəhbərliyinin sözügedən təlimin keçirilməsinə maneə yaratmasına səbəb bannerdə “Anama oxşarlığımdır, Ana dilim!” yazısı olub. Senzuraya etiraz edən tələbələr isə universitet şəhərciyində yazısı olmayan ağ pankart quraşdırıblar.

Həmçinin yoxlayın

Molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar

GADTB: irqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi həbsdə saxladıqları azərbaycanlı vəkilə verdikdləri həbs cəzasını qüvvədə saxlayıblar. …

Türkiyənin “Bayraktar TB3” PUA-sından yeni uğur

GADTB: Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB3” silahlı PUA  “PT-3” və “MAM-T” tipli …