Çərşənbə , Aprel 23 2025
azfa

Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində orta məktəbin qarşısında və ictimai yerlərdə türk dilində kitablar paylayıblar.

Əsasən Güney Azərbaycanın Ərdəbil, Təbriz, Muğan, Urmiya, Xiyav, Ucan və s. şəəhərlərində azərbaycanlı fəallar uşaqlara türkcə kitablar paylamaqla ana dilinin əhəmiyyətinə diqqət çəkiblər.

Dünya Ana Dili Günü ərəfəsində müxtəlif Azərbaycan şəhərlərində, xüsusən də Türk dilində kitabların paylanması geniş hal alıb və milli fəallar, ana dilində təhsil və öyrənmənin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmağa çalışırlar.

Kitabları paylayan fəallar, ana dilinin öyrənilməsinin vacibliyini vurğulayaraq, valideynlərdən bu məsələyə daha çox diqqət yetirmələrini istəmişlər.

Qeyd edək ki, hər il azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü (21 fevral) öncəsi Güney Azərbaycanın müxtəlif  şəhərlərində türk dilində kitablar paylayırlar.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə …

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” …