Güney Azərbaycan şəhərlərində erməni təcavüzünə qarşı Azərbaycana dəstək mitinqinə çağırış edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində Ermənistanın Tovuz rayonu istiqam’tind’ Azərbaycana hərbi təcavüzünü pisləmək və Azərbaycana dəstək vermək məqsədilə mitinqə çağırış olunub.

Güney Azərbaycanın milli fəalları tərəfindən yayılan bəyanatda iyulun 16-da Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək mitinqi keçiriləcəyi bildirilib.

Mitinq yerli vaxtla saat 18:00-da Təbrizdə, Tehran, Zəncan, Ərdəbil, Urmiya və s. şəhərlərdə həyata keçiriləcək.

Bəyanatın bir hissəsinmdə deyilir: “İşğalçı Ermənistan ordusunun Azərbaycan xalqına və torpaqlarına qarşı hücumları davam etsə, Güney Azərbaycanda, eləcə də İranda türklərin yaşadığı bütün ərazilərdə, xüsusilə də Şimali Azərbaycanla həmsərhəd məntəqələrdə Azərbaycana dəstək aksiyaları keçiriləcək; Ümumi səfərbərlik elan olunacaq və bütün işğal olunmuş torpaqların azad olunmasına qədər müharibədə iştirak edəcəyik”.

Mitinqin yerləri:

Təbriz- Azərbaycan konsulluğunun qarşısı, Vəliəsr bülvarı, Arif küçəsi 9. (Mitinqə mane olsalar Abrəsan dördyolu)

Urmiya- İmam və Ətayi kəsişməsi.

Zəncan- Səbzə meydan.

Ərdəbil – Şəriəti dördyolu.

Tehran- Ermənistan səfirliyi, Comhuri prospekti, Razi küçəsi, Ustad Şəhriyar küçəsi, № 1.

Publicerat av Ali Huseyn Onsdag 15 juli 2020

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın