Bazar , Oktyabr 2 2022
azfa

Güney Azərbaycan şəhərlərində etirazlar davam edib -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 21-i axşam saatlarında Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Urmiya, Təbriz, Xiyav, Tehran, Məlikan, Ərdəbil, Həmədan, Ənzəli, Ərak, Kərəc və s. şəhərlərdə Azərbaycan türkləri irqçi və irticaçı fars rejimi və diktaturaya qarşı küçələrə axışıb, şüarlar səsləndiriblər.

Rejimə və diktaturaya qarşı şüarlarla yanaşı, Azərbaycan şəhərlərində azərbaycanlı etirazçılar “Azadlıq, ədalət, Milli Hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “durub baxan biqeyrət”, “Azərbaycan var olsun-istəməyən kor olsun və s. şüarlar səsləndiriblər.

İrqçi və irticaçı fars rejimin məmurları Güney Azərbaycan şəhərlərinə xüsusi təyinatlı qüvvələr yeridib və etirazçılarla toqquşma baş verib. Çox sayda yaxalanların olduğu bildirilir.

https://www.youtube.com/shorts/P11LOhiJbbQ
https://www.youtube.com/shorts/mDoUPLRTCj8

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …