Cümə axşamı , Aprel 24 2025
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraza qalxıblar

GADTB: Güney Azərbaycanın Təbriz və Bicar şəhərlərində rabitə sahəsində çalışmış təqaüdçülər müavinətlərini ala bilməməsi və tələblərinin yerinə yetirilməməsi səbəbindən etiraz aksiyası keçirir və öz haqlarını tələb edirlər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …