Bazar ertəsi , İyun 17 2024
azfa

Güney Azərbaycan Təşkilatlari İşbirliyi Mərkəzinin millətimizə başsağlığı və dəstək bəyanatı

GADTB: Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında öz dəstəkçilərinin məkrli planlarına uyan Ermənistan terrorist hakimiyyəti Azərbaycana qarşı növbəti irimiqyaslı təxribat törədib. İşğalçı Ermənistanın silahlı terrorist ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərini atəşə tutublar. Bu təxribatın qarşısı alınarkən Azərbaycan Ordusu itkilər verib və əlli hərbiçimiz şəhid olub. 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Ali Baş komandan cənab İlham Əliyev başda olmaqla Milli  Ordumuza, Vətənimiz Azərbaycan uğrunda şəhid olan qəhrəman hərbiçilərimizin ailələrinə və Millətimizə dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir.

Biz Güney Azərbaycan Təşkilarları olaraq Azərbaycan dövlətçiliyinin, onun ərazi bütövlüyünün və müzəffər Azərbaycan ordusunun yanındayıq. Düşmənlərimiz bilsinlər ki, dünyada və Güney Azərbaycanda yaşayan milyonlarla igid Azərbaycan türkü Vətənimiz Azərbaycan uğrunda canlarından keçməyə, düşməndən şəhidilərimizin qisasını almağa və Ermənistana bu təcavüzün bədəlini ən ağır şəkildə ödətməyə hazırdırlar.

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …