Çərşənbə axşamı , Mart 10 2026
azfa

Güney azərbaycan və bəzi İran şəhərlərində zəhərlənən şagirdlərin valideynləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 4-ü səhər saatlarından başlayaraq bir sıra Güney azərbaycan və bəzi İran şəhərlərində zəhərlənən şagirdlərin valideynləri etiraz aksiyası keçirib. Güney Azərbaycanın Ərdəbil, Kərəc, Şəhriyar, Tehran və s. şəhərlərində qız məktəblərində zəhərlənən şagirdlərin valideynləri etiraz aksiyası keçirməyə başlayıblar.

Ərdəbillə yanaşı Tehran, İsfahan, Səfadəşt, Kərəc, Məlard, Şəhryar və başqa bir neçə şəhərdə martın 4-ü səhər saatlarından başlayaraq zəhərlənən qız şagirdlərin valideynləri etiraz aksiyaları keçirirlər.

Qeyd edək ki, martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənib.

Martın 2-də isə Güney Azərbaycanın Aslanduz şəhərinin “Zeynəb” qız məktəbində 48 şagird zəhərlənərək xəstəxanalara yerləşdirlib.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …