Bazar , Sentyabr 24 2023
azfa

Güney Azərbaycanda 6 karvansara YUNESKO tərəfindən qeydiyyata alındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şərqi Azərbaycan, Qəzvin və Həmədan əyalətlərində altı tarixi karvansara YUNESKO-nun ümumdünya mədəni irs siyahısına salınıb.

Şərqi Azərbaycan əyalətində Miyananın Camalabad, Culfanın Xoca Nəzər və Əhərin Göycəbel karvansaraları dünya mədəni irsi siyahısına salınıb.

Qəzvin əyalətinin Sədülsəltənə, Həmədan əyalətinin isə Fərsfəc və Tacabad karvansaraları da YUNESKO tərəfindən qeydə alınıb.

Qeyd edək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında Mərəndin iki karvansarası və Dizmarın Hırkanı Qoruğunun qeydiyyata alınması gözlənilirdi. Lakin onların vəziyyəti ilə bağlı təqdim olunan sənədlər qaydasında olmadığına görə, bu, baş tutmayıb. 

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …