Şənbə , May 15 2021
azfa

Güney Azərbaycanda azərbaycanlı siyasi məhbuslar adına xeyriyyə aksiyası keçirilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal mayın 1-də İran rejiminin zindanlarındakı azərbaycanlı siyasi məhbuslar adına aksiya keçiriblər.

Azərbaycanlı milli-mədəni fəallar Təbriz şəhərində aztəminatlı əhalinin yaşadığı məhəllələrində əhali arasında ət yardımı və türkcə kitablar paylayıblar.

Azərbaycanlı fəallar həmçinin əhali ilə ana dilinin əhəmiyyəti və türkcə təhsilin vacibliyi barədə maarifləndirici söhbətlər ediblər.

Eyni zamanda aksiyanı təşkil edən azərbaycanlı fəallar sosial şəbəkələrdə eyni məzmunlu paylaşımlarla türk dilinin öyrənilməsinin zəruriliyi barədə paylaşımlar ediblər.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …