GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav bölgəsində neçə min illik piktoqrafik yazılardan ibarət tarixi abidə baxımsızlıq üzündən məhv edilməkdədir..
İran rejimi Güney Azərbaycana ögey münasibət bəslədiyi üçün həmin tarixi ərazinin və tarixi piktoqrafik yazıların qorunmasına diqqət ayırmır.
İran rejiminin Ərdəbildəki Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının məsuliyyətsizliyi üzündən Xiyavın “Şeyx Mədi” bölgəsində yerləşən həmin piktoqrafik yazılar ziyarətçilərin xatirə yazmaq lövhəsinə çevrilib.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri və fəallar isə bu ayrıseçkiliyə etiraz edərək həmin tarixi abidənin qorunmasına diqqət yetirilməsini tələb edirlər.