
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı müxtəli tədbirlər keçirilib, çoxsaylı bəyanat və şirniyyat paylanılıb.
Ərdəbil, Qoşaçay, Təbriz və s. şəhərlərdə müxtəlif mərasimlər keçirilib, paylanan bəyanatlarda irqçi fars rejiminin Azərbaycan türkcəsini qadağan etməsi tənqid edilib. Azərbaycanlı milli-mədəni fəallar hazırlayıb payladığı bəyanatlarda Azərbaycan türkcəsinin Güney Azərbaycan şəhərlərinin məktəb və Universitetlərində tədrisini tələb ediblər.
Azərbaycanlı fəallar həmçinin Güney Azərbaycanın müxtəlif şəhərlərində müxtəlif mərasimlər və toplantılar keçiriblər.
Həmçinin yoxlayın
Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb
GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …
Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb
GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi