Çərşənbə axşamı , İyun 18 2024
azfa

Güney Azərbaycanda bildirişlər yayılıb

GADTB: Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbrizdə bildirişlər yayaraq, Əfqanıstan vətəndaşlarının kütləvi surətdə Azərbaycan şəhərlərinə köçməsinə fikir bildiriblər.

Məlumata görə, Azərbaycan şəhərlərində mövcud yoxsulluq, işsizlik və əfqanların bura köməsi haqda yayılan vərəqələrdə yazılıb:

 “Güneyli fəallar və bu bölgənin gəncləri daim insan haqları prinsiplərinə əməl edərək humanist davranıblar, digər tərəfdən türklər tarix boyu həmişə yardıma möhtac olanlara dəstək olduqlarını göstəriblər. Azərbaycanda evsiz əfqan mühacirlərin və Türkiyədə milyonlarla suriyalı mühacirin olması buna sübutdur. Amma onları yüz illik mədəni işğala və iqtisadi talana məruz qoyan fars mərkəzçi irqçiliyinin hökmranlığı altında olan Güney Azərbaycanın durumu çox ağırdır, ona görə burada vəziyyətin pisləşməsinə səbəb olan hər hansı siyasət sosial, iqtisadi və siyasi problemlərin və dilemmaların ortaya çıxması şübhəsiz ki, Güney Azərbaycanın milli maraqlarına zidd sayılır”. / Azad İran

Həmçinin yoxlayın

Sosial çəbəkələrdə azərbaycanlı milli fəalın əsərləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 5 aya yaxındır Tehranın Evin …

Fransa Ermənistana daha güclü silahlar verməklə bu ölkəni müharibəyə sövq edir- Video

GADTB: Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X …