Çərşənbə , Avqust 12 2026
azfa

Güney Azərbaycanda koronavirusla bağlı “Üzünü işığa tut” sənədli filmi hazırlandı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda koronavirus böhranı ilə bağlı “Üzünü işığa tut” sənədli filmi hazırlanıb. Azərbaycanlı rejissor tərəfindən hazırlanan sənədli film Azərbaycan türkcəsindədir.

“Üzünü işığa tut” filmi Təbrizdə koronavrius pandemiyasının yayılması ilə bağlı böhran və yoxsulluqla qarşılaşan insanların həyat tərzindən, eləcə də xəstəliklə mübatrizə aparan səhiyyə işçilərinin fəaliyyətindən bəhs edir. Film həmçinin böhranın təsirlərini azaltmaq üçün həyatlarını həsr edən fədakar insanlardan bəhs edir.

Film aşağlıda adı çəkilən heyət tərəfindən hazırlanıb:

Filmin rejissoru və prodüseri: tanınmış azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradi

Filmin operatoru: Mehdi Meyməndi

Səs rejissoru: Həsən Səlmani

Rejissorun məsləhətçisi və montajçı: Səid Hatəmxan

Üzünü işığa tut sənədli filmi

Publicerat av Ali Huseyn Måndag 11 maj 2020

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın