Cümə axşamı , Oktyabr 10 2024
azfa

Güney Azərbaycanda Rəisiyə görə daha bir neçə sosial media fəalı həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində bir neçə sosial media fəalı İbrahim Rəisinin həlak olmasına münasibət bildirdiklərinə görə həbs edilib.

Astaranın qubernatoru Məhəmməd Rza Şahabzadə faktı təsdiqləyib.

“Kiber məkanda vətəndaşların İbrahim Rəisinin ölümünə görə sevindiklərini və şadlıq etdiklərini əks etdirən klip yayılıb, bu isə vətəndaşların hissiyyatına toxunub”,- fərmandar bildirib.

O, həmçinin saxlanılan şəxslərin İbrahim Rəisinin fotosu olan poster və bannerləri yandırdıqlarını söyləyib.

Həbs edilənlərin sayı, onların kimliyi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, mayın 19-dan bu günə kimi İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı məlumatlar yayan, şənlik edən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media kanalı bağlanıb.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …