Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Güney Azərbaycanda sahibkarlar elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin yarıtmaz siyasəti sənaye və digər sahələri iflic vəziyyətə salıb.

Urmiya şəhərində biznes sahibləri elektrik enerjisinin olmaması səbəbindən mağazalarını bağlayıblar.

Sahibkarlar əlverişsiz iqtisadi şərait və elektrik enerjisinin tez-tez kəsilməsi nəticəsində yaranan problemlərə görə etiraza qalxıblar.

Onlar mağazalarının kirayə haqqını ödəyə bilmədikləri üçün fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Bir sıra çörək bişirmə sexləri də elektrik kəsintisi üzündən xarab olan xamırlarını çölə tökməyə məcbur olublar.

Sənaye sahəsi isə tamailə iflic vəziyyətə düşüb.

https://t.me/GADTB1/37078

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …