Cümə axşamı , Fevral 6 2025
azfa

Güney Azərbaycanda təqaüdə çıxmış müəllimlər haqlarının ödənilməməsinə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda təqaüdə çıxmış müəllimlər haqlarının ödənilməməsinə etiraz etdilər.

Dünən Urmiya şəhərində təqaüdə çıxmış müəllimlər Qərbi Azərbaycan əyalətinin Maarif İdarəsinə toplaşaraq pensiyalarının 15 ay gecikdirilməsinə etiraz etdilər.

Təqaüdçü müəllimlər hökumətin pensiyaların ödənilməməsinə məhəl qoymamasına kəskin etirazlarını bildiriblər və bununla bağlı təcili tədbir görülməsini istəyiblər.

Etirazçı müəllimlər hökumətin verdiyi vədlərin indiyədək yerinə yetirilmədiyini və problemlərinin davam etdiyini açıqlayıblar.

Bundan sonra idarənin həyətinə toplaşan müəllimlər çıxış edib, təqaüd haqlarının ödənilmədiyini bildiriblər.

Onlar əmək haqlarından əlavə, qanunla nəzərdə tutulan başqa hüquqlarından da məhrum edildiklərinə diqqət çəkiblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi …