Bazar ertəsi , Yanvar 13 2025
azfa

Güney Azərbaycanda tanınmış azərbaycanlı aşıq Çingiz Biriya vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsindən olan Aşıq Çingiz Biriya vəfat edib.

Ustad sənətkarın dünən mayın 27-də koronavirus xəstəliyi üzündən Təbrizdə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, aşıq Çingiz Biriya 1960-cı ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb.

Çingiz Biriya Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən aşıqlıq sənətinin incəliklərini öyrənib.

Azərbaycanlı sənətçi dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya və Kanadaya dəvət edilib.

O həmçinin Azərbaycan Respublikasında çoxsaylı səfərlərdə olub və müxtəlif tədbirlərdə çıxış edib.

İran adlanan yerdə  Aşıqlar Birliyinin qurucularından biri olan görkəmli sənətkar 30-a yaxın şagird yetişdirib.

Həmçinin yoxlayın

Wall Street Journal: “Tehran Çindəki anbardan üç milyon barel neft satır”

GADTB: “The Wall Street Journal” xəbər verir ki, İran bölgədəki proksi qüvvələrini maliyyələşdirmək üçün Çindəki …

Xameneinin daha bir nümayəndəsi Azərbaycan Prezidentinə qarşı nalayiq ifadələr işlətdi

GADTB: Əli Xameneinin daha bir nümayəndəsi Azərbaycan Prezidentinə qarşı nalayiq ifadələrlə hücuma keçdi. Xameneinin Qəzvinə …