Cümə , Sentyabr 13 2024
azfa

Güney Azərbaycanda tarixi bölgə məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Leylan bölgəsində bir müddət əvvəl nadir tarixi əsərlərin tapıldığı məkan məhv edilib.

Həmin məkan Kənd Təsərrüfatı Nazirliyinin yerli bölməsinin icazəsi ilə dağıdılıb və yerində üzüm tənəkləri əkilib.

9 min il tarixi olan məkanın bir hissəsində isə heyvandarlıq ferması inşa edilib.

Mədəni fəalar Mədəni İrs Təşkilatının məsələ ilə bağlı müraciətlərə cavab vermədiyini bildirilib.

Qeyd edək ki, cari ilin mart ayında həmin yerdə bir qadın və bir kişinin skeletləri yanında eradan 6500 il əvvələ aid 5 mis külçəsi tapılmışdı.

Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəl də nadir tapıntıları ilə gündəmə gəlib.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …