Çərşənbə axşamı , İyun 9 2026
azfa

Güney Azərbaycanda tarixi Sultaniyyə türbəsi baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin irqçi siyasəti nəticəsində Güney Azərbaycanın tarixi Sultaniyyə türbəsi baxımsız vəziyyətdədir.

Tarixi Sultaniyyə Kompleksinin rəhbəri Əbülfəz Ali Elxanilər dövründə inşa edilən Sultaniyyə türbəsinə baxımsızlıq ucbatından ciddi xəsarət aldığını bildirib.

O, təxminən 14 il əvvəl bərpa olunan günbəz kiremitlərinin keyfiyyətsiz olduğuna görə hazırda tikilinin bərbad vəziyyətdə və dağılmaq üzrə olduğunu deyib.

Əbülfəz Ali tarixi abidənin bərpası və qorunması üçün yetərli büdcə ayrılmadığına görə 700 illik tarixi əsərin acınacaqlı və adına yaraşmayan vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Sultaniyyə türbəsi Elxanilər sülaləsinin 8-ci hökmdarı Sultan Məhəmməd Olcaytu xanın əmri ilə inşa edilib və 25 iyun 2005-ci ildə UNESCO tərəfindən qeydə alınıb.

Həmçinin yoxlayın

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar …

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və …