Şənbə , Oktyabr 16 2021
azfa

Güney Azərbaycanda yeni təhsil ilində türkcə kitab paylama kampaniyası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və Güney Türkmənistanda fəallar türk dilində uşaq kitabları paylamaqla İran rejiminin türk dilini qadağan etməsinə etiraz ediblər.

Azərbaycanlı milli-mədəni fəallar bu məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində türk dilində uşaq kitablarının paylanılmağa davam edirlər.

Yeni təhsil ilinin başlanması ilə əlaqədar bir neçə gün öncədən Urmiya, Təbriz, Xoy, Zəngan, Kərəc və başqa Azərbaycan şəhərlərində uşaqlar arasında türk dilində uşaq nağılları kitabları paylanılır.

Güney Türkmənistanda da belə aksiyalar həyata keçirilib.

Türkmənsəhranın Günbəd şəhərində türkmən fəallar uşaqlar arasında türkcə kitablar paylayıblar.

Bu il əsasən İran rejiminin həbs etdiyi azərbaycanlı ziyalı Əkbər Azadın kitabları paylanılıb.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …