GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənsəhra bölgəsində daşqının davam etdiyi bir vaxtda Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Urmiya, Təbriz, Ərdəbil, Əhər və s. şəhərlərindən yardımlar davam edir.
Azərbaycan türklərinin öz dildaşlarına topladığı əşya və qida məhsulları yük maşınları ilə Türkmənsəhraya göndərilib.
Həmin yardımlar azərbaycanlı fəallar tərəfindən təşkil olunan yardım mərkəzlərində toplanılıb. Yardımlar “Türkmənsəhra”da əhali tərəfindən göndərilən yardımlar mərkəzinə təhvil verilir.