Şənbə , Noyabr 27 2021
azfa

Güney Azərbaycanı müstəmləkə vəziyyətinə salan İran rejimi Urmiya gölünü sürətlə qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycana qarşı müstəmləkəçi və ayrıseçkilik siyasəti ilə Urmiya gölünü sürətlə qurutmaqdadır.

Qəsdən gölə axan çayların qarşısında bənd tikib, suyu gölə buraxmamaqla Urmiya gölü sürətlə quruyur. Suyun həcmi ötən ilin eyni dövründəki miqdardan 2 milyard kubmetrdən çox azalıb.

Urmiya gölünün səthi isə hazırda dəniz səviyyəsindən 1271 metrə aşağı düşüb ki, sözügedən həcm ötən ilin oxşar dövrü ilə müqayisədə gölün səthindən 63 santimerdən çox azdır.

Qeyd edək ki, Urmu gölü dünyanın ən böyük duzlu göllərindən biridir və onun qurudulması Güney Azərbaycanı xarabalığa çevirər. Rejim bir tərəfdən Azərbaycana qarşı ayrıseçkilik, digər tərəfdən düşən münasibətlə gölü qurudur.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …