Cümə axşamı , Dekabr 2 2021
azfa

Güney Azərbaycanın Əhər şəhərinin zindanında məhbuslar etiraz aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərinin zindanında onlarla məhbusu zindanlarda insan haqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Sosial şəbəkələrdə məhbusların ailələri tərəfindən yayılmış məlumata görə, Əhər zindanında ən az 20 məhbus zindanda insan haqlarının pozulması üzündən noyabrın 20-dən etibarən kütləvi şəkildə aclıq aksiyasına başlayıblar.

Əhər zindanının işçiləri və müdiriyyətinin məhbuslarla olduqca pis və alçaldıcı davrandıqları bildirilir. Onları məzuniyyət hüquqlarından da məhrum ediblər.

Qeyd edək ki, zindan idarəçilərinin məhbusları məzuniyyətə göndərmək hüququndan məhrum etməklə onlara qarşı ruhi və psixoloji təzyiq göstərməyə davam edirlər.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …