Şənbə , May 15 2021
azfa

Güney Azərbaycanın Ərdəbil şəhərində müəllimlər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünın Güney Azərbaycanın Ərdəbil şəhərində etiraz mitinqi keçirilib.

Yaşlılar üçün nəzərdə tutulan Savadlanma Hərəkatının bir qrup müəllimi Ərdəbil Təhsil Baş İdarəsinin qarşısına toplaşıb.

Etirazçılar 10 illik təcrübələrinə və qəbul imtahanından keçmələrinə baxmayaraq işə qəbul edilmədiklərini bildiriblər.

Əksəri qadınlardan ibarət olan müəllimlər iş problemlərinin ən qısa müddətdə bəll edilməsini istəyiblər.

Ərdəbillə yanaşı İran adlanan ölkənin başqa əyalətlərində də təhsil işçilərinin belə problem yaşamadığını bəyan edən etirazçılar hökumətin işə qəbulla bağlı vədlərini yerinə yetirilmədiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, Savadlanma Hərəkatı Təhsil Nazirliyinin tabeliyində olan dövlət qurumudur. Bu qurum yaşlıların və məktəbə getmək imkanı olmayan şəxslərin təhsilə cəlb edilməsi məqsədilə yaradılıb.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …