Çərşənbə , Oktyabr 9 2024
azfa

Güney Azərbaycanın Ağdərə qızıl mədəninin işçiləri etiraz aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Güney Azərbaycanın Ağdərə qızıl mədəninin fəhlələri işdən çıxarılmalarına etiraz olaraq mitinq keçiriblər.

Onlar işlərinin müvəqqəti olmasına etiraz ediblər.

Fəhlələrdən biri bildirib ki, burada yerli olmayan işçiləri başqa əyalətlərdən gətirib daimi işlədirlər. Amma yerli insanları fəsli və mövsümi işə götürürlər.

Digər fəhlə isə bildirib ki, işsizlikdən başqa, Ağdərə kəndinin ərazisində mədənin fəaliyyəti çayların çirklənməsi, əkin sahələrinin məhv olması, hətta heyvanların tələf olması kimi ciddi ətraf mühit problemlərinə yol açır. Belə bir durumda işsizlikdən başqa, zavodların yaratdığı səs-küy və buraxdığı zəhərli hava da insanların həyatına mənfi təsir edir.

Qeyd edək ki, Güney Azərbaycanın qızıl mədənləri ilə zəngin olmasına baxmayaraq, buranın əhalisi yoxsul yaşayır. Bunun səbəbi İran rejiminim etnik ayrıseçkilik səbəbindən həmin mədənlərə yerli olmayan əhalini gətirib işlətməklə yanaşı, çıxarılan sərvətləri farslar yaşayan bölgələrə daşınmasıdır.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …