Çərşənbə axşamı , May 21 2024
azfa

Güney Azərbaycanın Fındıqlı meşələrində minlərlə nadir ağac növü kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın təbiət abidələrindən sayılan və nadir ağaclarına görə məşhur olan Fındıqlı meşələrində minlərlə ağac kəsilib.

Bu barədə foro və videolar paylaşıblar.

Ekofəallar yaydığı son peyk fotolarında yaşıllıq zolağının dərinliklərində yerləşən bölgənin məhv edildiyi müşahidə olunur.

Ekofəallar nadir ağac növlərinin kəsilməsi və qaçaqmalçılığının SEPAH-a bağlı qruplar tərəfindən həyata keçirildiyini yazıblar.

Qeyd edək ki, böyük hissəsi Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələri nadir təbiət əsəri kimi qeydə alınıb. lakin yaşıllıq zolağının qorunması ilə bağlı tədbirlər görülmədiyinə görə, meşənin sahəsi əvvəlki illərlə müqayisədə kiçilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …