Şənbə , Dekabr 7 2024
azfa

Güney Azərbaycanın Həmədan şəhərində öyrənci fəalı yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan şəhərində Əbu Əli İbn Sina Universitetinin Mədəniyyət və Siyasət Cəmiyyətinin keçmiş katibi Əhməd Rəisi terrorçu sepah qüvvələri tərəfindən yaxalanıb.

Öyrənci fəalı aprelin 5-də terrorçu Sepahın ETTELAAT bölməsinə çağrılaraq “Sistem əleyhinə təbliğ”də ittiham edilib və Həmədanda Əlvənd zindanına salınıb.

Qeyd edək ki, Əhməd Rəisinin tələbəlik dövrünün sona çatması və onun Həmədana qayıtmasından bir il keçir. O bu müddətdə Həmədanda yaşamırdı.

Qeyd edək ki, Həmədan Güney Azərbaycanın əsas məntəqələrindən biridir və irqçi fars rejim Azərbaycanı parçalayaraq müxtəlif vilayətlərə böləndə Həmədanı da ayırıb bir vilayət etmişdir.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …

Bir cavab yazın