Cümə axşamı , May 21 2026
azfa

Güney Azərbaycanın Həmədan şəhərində su qıtlığı ilə bağlı etirazlarda 25 nəfər həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan şəhərində su qıtlığı ilə bağlı etirazlarda 25 nəfər həbs edilib.

 Həmədan şəhərinin qubernatoru Məhəmməd Əli Məhəmmədi dünən Həmədanda içməli su problemlərinin araşdırılması üçün keçirilən iclasda deyib ki, bu şəhərdə su böhranı ilə bağlı keçirilən etirazlarda 25 nəfər həbs edilib.

Qubernator şəhərdə içməli suyun olmamasına etiraz olaraq insanların etirazını “qanunsuz” adlandırıb və bildirib ki, su qıtlığı ilə bağlı Həmədanda 3 dəfə etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Həmədan əhalisinin su qıtlığına qarşı geniş etirazlarından üç həftə sonra rejimin Həmədana qubernator təyin etdiyi şəxs bu məsələni açıqlayıb.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı …