GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərində tarixi abidələrindən olan Qırmızı Günbəz türbəsi baxımsızlıq ucbatından uçmaq təhlükəsilə üzləşib.
Marağada Mədəni İrs Təşkilatından bildirilib ki, günbəzin alt qatına yığılan su binövrənin zədələnməsinə və abidənin təhlükə ilə üzləşməsinə səbəb olub.
Mədəni İrs Təşkilatı hadisənin 8 ay qabaq baş verməsinə, bu barədə bələdiyyəyə məktublar yazılmasına baxmayaraq təmir və bərpa işlərinin aparılmasına başlanılmayıb.
Qeyd edək ki, Azərbaycanın qədim tarixi abidələrindən olan Marağada tikilmiş Qırmızı Günbəz türbəsi 1148-ci ildə Marağada tikilib.