
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kəleybər şəhərində yerləşən Nefelin Sienit şirkətinin işçiləri əmək haqları və sığorta haqlarının ödənilməməsi və onlarla əmək müqaviləsi bağlanmamasına etiraz olaraq dünən və bu gün etiraz aksiyası keçiriblər.
Dünən səhərdən etiraz aksiyası başlayıb və bu gün də davam edir.
İşçilər bildirirlər ki, onların tələblərinə məhəl qoyulmaqda etiraz davam edəcək və sonrakı hadisələrə görə hökumət məsuliyyət daşıyır.