
GADTB: Aprelin 22-də Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçirilib. Qəzvin əyalətində Milli Ev layihəsinin müştəriləri öz haqlarını tələb etmək üçün etiraz aksiyası keçiriblər. Onlar ev almaq üçün illər öncə pul ödəsələr də, mənzil əldə edə bilməyiblər.
Yollar və Şəhərsalma Nazirliyinin əhalini aldatdığını deyən qəzvinlilər, məsələ ilə bağlı müraciətlərinin cavabsız qalmasından şikayətləniblər.