Bazar , Oktyabr 1 2023
azfa

Güney Azərbaycanın Qürvədə şəhərində azərbaycanlı fəal həbs olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qürvədə şəhərində azərbaycanlı fəal həbs olunub.

Azərbaycanlı idmançı və ətraf mühit fəalı Mehdi İrfani şənbə günü, aprelin 26-da İranın ən azı 10 məmurunun onun evinə hücumu ilə həbs edilib.

Mehdi İrfaninin həbsi döyülmə ilə müşayiət olunub və rejimin məmurları onun evində axtarış apardıqdan sonra onun kompüteri, mobil telefonu və kitabları və s. şəxsi əşyalarını müsadirə ediblər.

Hələlik azərbaycanlı gəncin həbsinin səbəbi, ittihamı və saxlanma yeri barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Azərbaycan Xarici İşlər Nazirliyi erməni təxribatını pislədi

GADTB: Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan …

Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib. Sadır …