Cümə axşamı , May 15 2025
azfa

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni vergi qanununa etiraz olaraq tətil keçirərək, zərgərlik mağazalarını bağlayıblar.

Məlumata görə, zərgərlik mağazalarında tətillər ötən həftədən etibarən Təbriz və Tehran şəhərlərində başlayıb, indi isə artıq Urmiya, Ərdəbil, Zəngan və Həmədan şəhərlərindəki satıcılar da bu tətilə qoşulublar.

Qeyd edək ki, iş adamları hökumətin tətbiq etdiyi 25% vergiyə etirazlarını bildirirlər. Bununla yanaşı, bəzi zərgərlik mağazaları da hökumət qüvvələri tərəfindən qapadılıb.

Ötən həftə Təbriz və Tehranda başlayan sözügedən aksiya hazırda Urmiya, Ərdəbil, Zəncan və Həmədan şəhərlərinə də keçib.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …