
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya, Ərdəbil, Həmədan və Ərak şəhərlərində son günlərdə rabitə və sosial təminat sahəsində çalışmış və hazırda təqaüddə olan təqaüdçülər etiraz aksiyası keçiriblər.
Azərbaycanlı təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edərək şüarlar səsləndiriblər:
“Zülm altında yaşaya bilmirik!”; “Azadlıq yolunda canımızı fəda edirik!”; “Vay bu zülmə, vay bu zülmə!”; “Yalan sözlər bəsdir, süfrəmiz boşdur!”; “Səriştəsiz məmur şirkəti talayıb!”
Qeyd edək ki, son illərdə Güney Azərbaycan və İran şəhərlərində davamlı olaraq təqaüdçülər etiraz aksiyası keçirir. Molla rejimi isə onların haqlı tələblərinə laqeyd yanaşıb və onlara çatacaq pulları terrorçulara verir.