Güney Azərbaycanın Sulduz bölgəsində jurnalistləri daşıyan avtobusun aşması nəticəsində iki jurnalist ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Sulduz şəhəri yaxınlığında jurnalistləri daşıyan avtobusun aşması nəticəsində iki jurnalist həyatını itirib.

Onlar Kanisib tunelini görmək üçün Qərbi Azərbaycan əyalətinə səfər etmişdilər.

Hadisə nəticəsində “İran” qəzeti, “Seda” həftəlik və “Aseman” qəzeti kimi müxtəlif media qurumları ilə əməkdaşlıq etmiş iqtisadi jurnalist Reyhane Yasini həyatını itirib. Xanım Yasini dövlət İRNA xəbər agentliyində “İRNA 24”ün baş redaktoru idi.

Hadisənin daha bir qurbanı Məhşad Kərimi İSNA xəbər agentliyində ekoloji məsələləri işıqlandıran jurnalist idi.

Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universitetinin Təcili və Təxirəsalınmaz Tibbi Xidmətləri Mərkəzinin müdiri hadisə zamanı eləcə də 21 nəfərin yaralandığını və xəsarət alanların tibb mərkəzlərinə çatdırıldığını açıqlayıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …