Bazar , Fevral 16 2025
azfa

Güney Azərbaycanın Təbriz, Bicar, Həmədan, Urmiya, Zəncan və Tehran şəhərlərin əqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz, Bicar, Həmədan, Urmiya, Zəncan və Tehran şəhərlərin əqaüdçülər etiraz aksiyası keçiriblər.

Fevralın 3-də keçirilən aksiya barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Rabitə Nazirliyinin yerli şöbəsinin qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, son üç ildə təqaüdçülərin eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Tarixi türk dövlət və imperatorluqları

GADTB: Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. …

İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır

GADTB: İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır Bunu Livanın Baş naziri Nəvaf …