İran Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən yarışda dünən Güney Azərbaycanın “Traxtur” komandası Mazandaran əyalətinin “Nəssaci” komandası komandası ilə görüşdə 3:0 hesablı qələbə qazanıb.
“Traxtur” komandası noyabrın 2-i günortadan sonra Təbrizin “Səhənd” stadionunda Mazandaran əyalətinin “Nəssaci” komandası ilə yarışıb və 3:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xallarını 15-ə çatdıran “Traxtuor” komandası turnir cədvəlinində 3-cü pillədə qərarlaşıb.
Bununlada Azərbaycan komandasının növbəti rəqibi Tehranın “İstiqlal” komandasıdır. Lakin Traxturun əsas oyunçularından biri növbəti oyundan məhrum edilib.