Cümə , İyun 20 2025
azfa

Güney Azərbaycanın “Traxtur” futbol komandası qəsdən uduzduruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası qəsdən uduzdurularaq oyundan kənarlaşdırılıb.

“Traxtur” futbol komandasının serbiyalı baş məşqçisi Zonimir Soldo oyun hakiminin “Traxtur” komandasının xeyrinə penaltı zərəbsi təyin etmədiyini tənqid edərək komandanın qəsdən uduzdurulduğunu bildirib.

Soldo, ölkə kubokunun 1/8 final mərhələsi yarışları çərçivəsində Güney Azərbaycanın “Traxtur” və Kirman əyalətinin Rəfsəncan şəhərinin “Mis” komandaları arasında keçirilən görüşdə hakimin “Traxtur” komandasının xeyrinə tutmalı olduğu penaltı zərbəsi təyin etməməsini tənqid edib: “120 dəqiqə oyun müddətində komanda yaxşı oyun nümayiş etdirdi. Oyunçular oyunu yaxşı idarə etdilər və onlara heç bir irad tuta bilmərəm. Ancaq topun rəqib komandasının əlinə dəyməsinə baxmayaraq hakim xeyrimizə penaltı cəriməsi təyin etmədi”.

Qeyd edək ki, dekabrın 20-də Təbrizdə keçirilən yarışda 90 dəqiqə ərzində iki komandanın qapəılarından top keçməyib. Oyuna əlavə olunan 30 dəqiqə ərzində də hesab açılmadığı üçün oyunun nəticələrinin penalti zərbələri ilə müəyyən edilib və “Traxtur” 3-1 hesabı ilə məğlub edilib. Bu haqsızlığa “Traxtur” klubu Futbol Federasiyası və Liqa Təşkilatına məktub göndərərək oyun hakiminin buraxdığı səhvlərə etiraz edib.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …